Bryansk vilayətinin ərazisində pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
NOCOMMENT.az xəbər verir ki,u barədə sərhəd bölgəsinin qubernatoru Aleksandr Boqomaz öz Telegram kanalında məlumat verib.
O qeyd edib ki, təyyarə tipli pilotsuz uçan aparat Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Boqomaz əlavə edib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerində təcili xidmətlər işləyir.