Ukrayna ordusunun Artemovskdan qaçmasının səbəbləri açıqlandıbackend

Ukrayna ordusunun Artemovskdan qaçmasının səbəbləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Artemovskoye kəndinə hücum zamanı ukraynalı hərbçilərin qaçışı cəbhənin bu hissəsində Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin aşağı əhval-ruhiyyəsi ilə əlaqələndirilir. Bu barədə Lenta.ru-ya müsahibəsində hərbi ekspert, Hava Hücumundan Müdafiə Qoşunları Muzeyinin direktoru Yuri Knutov bildirib.

Ekspert qeyd edib ki, bir çox Ukrayna əsgərləri təşviş içindədir.

“Bu qaçış Ukrayna ordusunun aşağı əhval-ruhiyyəsini və zəif təlim səviyyəsini göstərir. İnsanlar səfərbər edildikdə və hazır olmayanda, dərhal cəbhə xəttinə göndəriləndə təlaşa başlayırlar”, – Knutov əlavə edib.

Onun sözlərinə görə, bu vəziyyətdə olan hərbçilər yaralı həmkarlarını ataraq qaçırlar.