Ukrayna ordusunun ən təcrübəli hərbçilərinin itkisi məlum olubbackend

Ukrayna ordusunun ən təcrübəli hərbçilərinin itkisi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri (APU) ən təcrübəli və motivasiyalı hərbçilər də daxil olmaqla minlərlə döyüşçüsünü itirib.

Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

“Ukrayna minlərlə əsgərini, o cümlədən ən təcrübəli və motivasiyalı döyüşçülərini itirib”, – nəşr yazır.

Məqalədə qeyd olunur ki, Ukrayna qoşunlarının əks-hücum əməliyyatı hələ başlamamış başa çatıb. Ukraynanın Təhlükəsizlik Xidmətinin (SBU) anonim nümayəndəsi də səngərlərdən bəhs edərək ölkədəki münaqişəni Birinci Dünya müharibəsi ilə müqayisə edib. Bundan əlavə, qəzetin mənbəsi vurğulayıb ki, Vaşinqtonun Kiyevə yardımı ABŞ-dakı siyasi çəkişmələr fonunda dəyişir.