Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti və zirehli texnikası Kursk vilayətinin sərhəd bölgəsində Rusiyanın Ka-52M helikopterinin ekipajı tərəfindən həyata keçirilən hava zərbəsi nəticəsində məhv edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ka-52M helikopterində olan ordu aviasiyasının ekipajı qarışıq taktiki qrupa daxil olmaqla, Kursk vilayətinin sərhəd zonasında Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə və zirehli texnikasına havadan raket zərbəsi endirib”, – məlumatda bildirilir.
Nazirlik həmçinin vurğulayıb ki, “Şimal” qrupunun bölmələrinin dəstəklənməsi tapşırığının icrası zamanı ordunun aviasiya pilotları müəyyən edilmiş koordinatlarda raketlər atıblar. Hücum nəticəsində Ukrayna Silahlı Qüvvələrinin zirehli texnikası və şəxsi heyəti məhv edilib.