Ukrayna polisi: Andrey Parubiyin qətlində Rusiyanın izi varbackend

Ukrayna polisi: Andrey Parubiyin qətlində Rusiyanın izi var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Radanın sabiq spikeri Andrey Parubiyin qətlində Rusiyanın əli var.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Ukrayna Milli Polis rəisi İvan Vıqovski özünün “Facebook” hesabında deyib.

“Bizim qatilin izinə düşüb onu tutmağımız sadəcə 36 saat çəkdi. O, özünü kuryer kimi göstərərək gündüz vaxtı siyasətçiyə atəş açıb. O, cinayətdən sonra paltarını dəyişərək, silahı özündən uzaqlaşdıraraq öz izini itirməyə çalışıb. Amma o qaçmağı bacarmadı. Lvov polisinin sutkalıq fəaliyyəti və Milli Polisin mərkəzi şöbəsinin səyləri nəticə verdi. Qatil tutuldu və lazımi sübutlar toplanıldı. Biz bilirik ki, bu cinayət təsadüfi deyildi. Burada Rusiyanın izləri var. Cinayətdə əli olan hər kəs ədalətlə üzləşəcək”- Ukrayna Milli Polis rəisi xəbərdarlıq edib.

Qeyd edək ki, Ukraynada Avromaydan hərəkatının liderlərindən biri, Ali Radanın sabiq spikeri Andrey Parubiy avqustun 30-da sui-qəsd nəticəsində öldürülüb.