Ukrayna polisi güllələnən azərbaycanlılarla bağlı MƏLUMAT YAYDIbackend

Ukrayna polisi güllələnən azərbaycanlılarla bağlı MƏLUMAT YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın paytaxtı Kiyevdə açılan atəş nəticəsində 2 xarici tələbə yaralanıb.

NOCOMMENT-in məlumatına görə, bu barədə Ukrayna polisi rəsmi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla gecə saat 02:30-da Kiyevdə iki xarici tələbəyə naməlum şəxs tərəfindən atəş açılıb və atəş nəticəsində 20 yaşlı iki tələbə ayaq nahiyəsindən yaralanıb. Yaralılardan biri təcili tibbi yardımla xəstəxanaya çatdırılıb, digəri isə xəstəxanaya getməkdən imtina edib.

Hər iki yaralanma faktı ilə bağlı cinayət işi başladılıb.

Qeyd edək ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov açıqlamasında yaralanan tələblərin azərbaycanlılar olduğunu bildirmişdi.

Modern.az