Polşa, Ukraynanın bərpasına dair layihələrə ilk qoşulacaq ölkələrdən biri olacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında bildirib.
“Ukraynanın bərpasında iştirak Polşa biznesi üçün açıq şəkildə sərfəli olacaq. Bizim yanaşmamız belədir: müharibə dövründə bizə ilk yardım edənlər, bərpa layihələrinə də ilk qoşulanlar olacaqlar,” – deyə Ukraynanın XİN rəhbəri vurğulayıb.
Sibiqa bu yanaşmanı ədalətli hesab etdiyini bildirib. Cavabında Sikorski qeyd edib ki, Ukraynaya göndərilmiş hərbi yardım paketlərinin sayı artıq 46-ya çatıb və hər bir paketin dəyəri 100 milyon avro təşkil edir.