NOCOMMENT.az xəbər verir ki, Təxminən 2,5 min yük maşını Ukraynanın Polşa ilə sərhədini keçmək üçün gözləyir. Bu barədə Ukrayna sərhəd xidmətinin nümayəndəsi Andrey Demçenko “Rada” telekanalının efirində məlumat verib.
Demçenko deyib: “Bu səhər saatlarında Polşa sərhədçilərindən əldə etdiyimiz məlumata görə, Ukrayna istiqamətində 2,5 mindən çox yük maşını var.
Onun sözlərinə görə, ən çox avtomobil – 850-si “Rava-Russkaya” keçid məntəqəsində, daha 600-ü “Şegini” və “Krakovets” keçid məntəqələrində, 450-si isə “Yaqodin” keçid məntəqəsində toplanıb. Demçenko qeyd edib ki, bəzi yük maşınları sərhədi keçə bilir, lakin bu rəqəm polşalı yük maşınlarının tətilindən əvvəlki ilə müqayisə oluna bilməz.