Ukrayna Prezidenti Vladimir Zelenski: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirikbackend

Ukrayna Prezidenti Vladimir Zelenski: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Zelenski Çernovitskaya vilayətində jurnalistlərlə söhbət zamanı deyib: “Azərbaycanlılar bizi dəstəklədikləri kimi biz də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.

Ukrayna dövlətinin başçısı son illərdə Azərbaycan ilə öz ölkəsinin münasibətlərinin möhkəmlənməsini də vurğulayıb. O deyib: “Azərbaycan ilə münasibətlərə gəlincə, son iki ildə bu münasibətlər xüsusilə iqtisadiyyat və geosiyasi istiqamətlərdə çox möhkəmlənib”.

V.Zelenski ölkələrin bir-birinin suverenliyi və ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstəyini başlıca aspekt adlandırıb. O qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə bənzər münaqişələri dondurulmuş adlandırmaq olmaz, çünki bu vəziyyət daimi ola bilməz.