Ukrayna prezidenti Zelenski İtaliyaya səfər edibbackend

Ukrayna prezidenti Zelenski İtaliyaya səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski rəsmi təmaslar üçün gəldiyi Romada İtaliya prezidenti Sercio Mattarella ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Mattarella Zelenskini Quirinale adlanan prezident sarayında rəsmi mərasimlə qarşıladıqdan sonra görüş başlayıb.

Prezident Mattarella görüşün əvvəlində Zelenskiyə, “Sizi burada qonaq etmək mənim üçün şərəfdir. İtaliya dəstəyi ilə tam sizinlədir” deyib.

Əldə edilən məlumata görə, Mattarella Zelenskiyə tam dəstəyini təkrarlayıb, Zelenski isə Ukraynaya verdiyi dəstəyə görə İtaliyaya təşəkkür edib.

İki lider Rusiyaya qarşı iqtisadi sanksiyaların effektivliyini, Zaporojye Atom Elektrik Stansiyasının vəziyyətini, Avropada yalan xəbərlərə qarşı mübarizəni, yaşayış məntəqələrinin bombalanması, ukraynalı uşaqların oğurlanması, Ukraynanın yenidən qurulması və Ukraynanın Avropa Birliyinə (Aİ) daxil olmasını müzakirə ediblər.

NOCOMMENT.AZ