Ukrayna prezidenti Zelenski Xersondabackend

Ukrayna prezidenti Zelenski Xersonda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski münaqişələrin davam etdiyi bölgələrə səfərlərini davam etdirir.

NOCOMMENT.az xəbər verir ki, dünən Rusiya ilə şiddətli toqquşmalara məruz qalan Donetsk vilayətinin Baxmut şəhərinə səfər edən Zelenski bu gün Xerson vilayətinə gedib.

Rusiyanın hücumlarından sonra bölgədəki köçkünlərə yenidən elektrik enerjisinin veriləcəyi barədə səlahiyyətlilərdən məlumat alan Zelenski, “Enerji sektorumuzu qorumalı və bərpa etməliyik. Mən bütün bu insanlara işığı təmin etmək üçün işləməyə davam edən hər kəsə minnətdaram” dedi.

Daha sonra Zelenski Xerson vilayətindəki son vəziyyətlə bağlı səlahiyyətlilərlə görüş keçirib.

NOCOMMENT.AZ