Ukrayna PUA-ları Rusiyanın cənubuna hücum etdibackend

Ukrayna PUA-ları Rusiyanın cənubuna hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin (USQ) pilotsuz uçuş aparatları Rostov-na-Donu şəhərinə hücum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Life nəşri SHOT kanalına istinadla məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, onlar azı üç güclü partlayış səsi eşidiblər. Partlayışlardan birindən sonra şəhərin mərkəzində yanğın baş verib.

“Eto Rostov” Telegram kanalının məlumatına görə, hadisə yerində fövqəladə xidmətlər işləyir.