Qərb tərəfdaşlarından Ukraynaya 2022-ci il fevralın 24-dən maliyyə yardımı 73,6 milyard dollar təşkil edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.
“Müharibə başlayandan bəri Ukrayna beynəlxalq tərəfdaşlardan dövlət büdcəsinə 73,6 milyard dollar cəlb edib. Bunun 42,5 milyard dolları bu ildir”, – o Telegram kanalında yazıb.
Bundan əvvəl Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirmişdi ki, ölkə hakimiyyəti gələn il Qərbdən xarici yardım tələblərini 41 milyard dollardan 37 milyard dollara endirib.Həmçinin rəsminin sözlərinə görə, Ukraynanı müharibə vəziyyətinə salmaq, ictimai istehlakı məhdudlaşdırmaq lazımdır.”