2022-ci ilin fevralından bu ilin dekabr ayının əvvəlinə qədər Ukraynanın Qərb tərəfindən maliyyələşdirilməsi 238,5 milyard dollara çatıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
RİA Novosti-nin Ukrayna Maliyyə Nazirliyinə, Kiel Universitetinə və açıq məlumatlara istinadən hesablamalarına görə, bu, göstərilən dövr üçün ölkənin büdcə xərclərinin 90%-dən bir qədər azdır.
Qeyd olunur ki, 2022-2023-cü illərdə Ukrayna büdcəsinin xərcləri 193,3 milyard dollar, 2024-cü il üçün isə 81,3 milyard dollar həcmində nəzərdə tutulub.