Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Zaporojya vilayətində Melitopol üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus raketi vurub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının Telegram kanalında məlumat verilib.
“Əməliyyat xidmətlərinin məlumatına görə, saat 16:30-da Kiyev rejiminin Melitopolu atəşə tutmaq cəhdi qeydə alınıb”, – deyə hakimiyyət bildirib.
Yerli sakinlərdən sakit olmağa çağırılıb. Rəhbərlik şəhərin heç bir təhlükə altında olmadığına əmin olub.