Ukrayna Rusiya ilə heç bir sənəd imzalamır – Podolyakbackend

Ukrayna Rusiya ilə heç bir sənəd imzalamır – Podolyak

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya və Ukrayna ayrı-ayrılıqda Ukrayna limanlarından taxıl ixracına dair sazişlər imzalayacaqlar”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin köməkçisi Mixaylo Podolyak bildirib.

“Taxıl ixracına dair” İstanbul müqaviləsinə gəlincə, Ukrayna Rusiya ilə heç bir sənəd imzalamır. Biz Türkiyə və BMT ilə müqavilə imzalayırıq və onların qarşısında öhdəliklər götürürük. Rusiya Türkiyə və BMT ilə güzgü müqaviləsi imzalayır”.

Podolyak onu da vurğulayıb ki, sazişdə taxıl daşıyan gəmilərin Rusiya gəmiləri tərəfindən müşayiət olunması nəzərdə tutulmayıb və zərurət yaranarsa, Qara dənizdə gəmilərin yoxlanılması birgə qruplar tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, iyulun 13-də İstanbulda Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələrinin, eləcə də Rusiya, Türkiyə və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Ukrayna taxılının Qara dəniz limanlarından çıxarılması ilə bağlı ilk danışıqlar keçirilib.

Görüşdən sonra BMT-nin baş katibi Antonio Quterreş Ukrayna taxılının tədarükünün bərpasına dair danışıqların “son dərəcə ümidverici” olduğunu, lakin yekun razılığın olmadığını bildirib.

İyulun 22-də İstanbulda Ukrayna taxılının Qara dəniz limanlarından daşınmasına dair sazişin imzalanıb. Bunun üçün ora Rusiyanın müdafiə naziri Sergey Şoyqu gəlib.