Ukrayna: Rusiya Kiyevə irimiqyaslı pilotsuz təyyarə hücumu həyata keçiribbackend

Ukrayna: Rusiya Kiyevə irimiqyaslı pilotsuz təyyarə hücumu həyata keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil etdiyi və bütün İHA-ların məhv edildiyi açıqlanıb.

NOCOMMENT xəbər verir ki, Kiyev Şəhər Hərbi İdarəsindən verilən yazılı açıqlamada, Rusiya ordusunun gecə və səhər tezdən paytaxt Kiyevə qarşı İHA hücumları təşkil etdiyi bildirilib.

Rusiya qüvvələrinin xüsusilə may ayında paytaxta qarşı hava hücumlarını artırdığına diqqət çəkən açıqlamada, “Xüsusilə də may ayında Kiyev sakinləri siren səslərini cəmi 4 gün eşitmədi. Bu gecə hücumçu yenidən genişmiqyaslı əməliyyat həyata keçirdi.”

Açıqlamada paytaxta doğru atılan bütün İHA-ların Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyi bildirilib.

Yanğının havada məhv olan bəzi PUA hissələrinin Kiyevin müxtəlif rayonlarında mülki infrastrukturlara dəyməsi nəticəsində baş verdiyi və mövcud məlumata görə, xəsarət alan olmadığı bildirilib.

Bildirilib ki, Rusiya ordusu təkcə may ayında Kiyevə 11-ci dəfə hava zərbəsi endirib.