Rusiya ordusunun Ukrayna ərazisinə daxil olması ilə başlayan müharibədə kritik irəliləmələr yaşanır. Səhər saatlarında Ukraynadan gələn xəbər bütün dünyanı şoka salıb. Nova Kaxovka bəndi uçub.
NOCOMMENT xəbər verir ki, Ukraynanın həftələrlə gözlənilən əks-hücum siqnalları şərq cəbhəsindən gəlməyə başladı və Kiyev administrasiyası qoşunların indi xəritədən az qala silinən Baxmut ətrafında irəlilədiyini bildirdi. Baxmut aylardır münaqişənin mərkəzində olub. Böyük strateji əhəmiyyətə malik olmayan şəhər müharibənin simvolik nöqtəsi kimi əhəmiyyət kəsb edir.
Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar sosial şəbəkədəki paylaşımında deyib: “Sərt müqavimətə və düşmənin mövqeyini qorumaq cəhdlərinə baxmayaraq, hərbi hissələrimiz bir neçə istiqamətdə irəliləyiş əldə edib”.