Rusiyanın Ukraynanın Lvov, Dnepropetrovsk, Volın, Çerkassı və digər bölgələrinə gecə saatlarında raket zərbələri endirdiyi açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, Lvov vilayətinin Hərbi Administrasiyasının rəhbəri Maksim Kozinski sosial media hesabında bildirib ki, Rusiya gecə saatlarında bölgəyə raket hücumu təşkil edib.
Lvov şəhərində 2 mənzilin üzərinə raket parçaları düşdüyünü bildirən Kozinski, “Bu evlərdə yanğın çıxıb, ziyan dəydi, insanlar təxliyə edildi. Yaralılar var, can itkisi ilə bağlı məlumat qeydə alınmayıb”, – deyə o qeyd edib.
Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak isə bölgədə 7 qanadlı raketin vurulduğu barədə məlumat paylaşıb.