Ukrayna: Rusiya PUA-sının Kiyevə hücumu nəticəsində 1 nəfər öldübackend

Ukrayna: Rusiya PUA-sının Kiyevə hücumu nəticəsində 1 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev Şəhər Hərbi İdarəsinin rəhbəri Sergey Popko rusların dünən gecə paytaxt Kiyevə pilotsuz uçuş aparatları (PUA) ilə intensiv hücum həyata keçirdiklərini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Qolosiivski rayonunda yaşayış binasına qəlpə düşməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Popko sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun son 24 saat ərzində Kiyevə 3 dəfə intensiv hava hücumu təşkil etdiyini qeyd edərək, Kiyev hava məkanında 20-dən çox PUA-nın məhv edildiyini bildirib.

Rusların hücumlarda davamlı olaraq silah dəyişdirdiyinə diqqət çəkən Popko, rus əsgərlərinin əvvəlki hücumlarında da ballistik raketlər və PUA-lardan istifadə etdiyinə diqqət çəkib.

NOCOMMENT.AZ