Ukrayna: Rusiyanın 18 raketi havada məhv edilibbackend

Ukrayna: Rusiyanın 18 raketi havada məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeriy Zalujn Rusiyanın gecə saatlarında 18 raketlə hücuma keçdiyini, 18 raketin isə havada məhv edildiyini bildirib.

NOCOMMENT xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin komandanı Zalujn sosial media hesabında açıqlama verib.

Açıqlamada deyilir ki, “16 may 2023-cü il tarixində saat 03:30 radələrində rus işğalçıları şimal, cənub və şərq istiqamətindən müxtəlif hava, dəniz və quru tipli 18 raketlə Ukraynaya hücum edib. 18 raketin hamısı Ukrayna Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri və maşınları tərəfindən məhv edilib. Bundan əlavə, mayın 16-na keçən gecə düşmən “Şahed-136/131” hücum pilotsuz təyyarələri ilə hücuma keçib və 3 PUA ilə hava kəşfiyyatı aparıb.