Ukrayna: Rusiyanın 81 hücumunu dəf etdikbackend

Ukrayna: Rusiyanın 81 hücumunu dəf etdik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna silahlı qüvvələri 5 istiqamətdə Rusiyanın 81 hücumunu dəf edib.

NOCOMMENT.az xəbər verir ki, Baş Qərargahdan verilən açıqlamada, rusların Kupyansk, Liman, Baxmut, Avdiyivka və Şahtersk istiqamətlərində bütün qüvvələrini hücuma cəmlədiyi bildirilərək qeyd edilib:

“Əsgərlərimiz dünən bu istiqamətlərdə işğalçıların 81 hücumunu dəf edib”.

Bəyanatda həmçinin “Düşmən dövlətimizin kritik infrastrukturunu məhv etməyə çalışır, hücumları davam etdirir, mülki obyektləri və mənzilləri ağır silahlarla hədəfə alır” ifadələri yer alıb.

NOCOMMENT.AZ