Ukrayna Rusiyanın Baxmutda fosfor bombalarından istifadə etdiyini iddia etdibackend

Ukrayna Rusiyanın Baxmutda fosfor bombalarından istifadə etdiyini iddia etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın cəbhə xəttində yerləşən strateji əhəmiyyətli Baxmut şəhərində şiddətli toqquşmalar davam edir.

NOCOMMENT.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi Rusiyanı Baxmut şəhərinə fosfor bombası ilə hücumda ittiham edib.

Bəyanatda Rusiyanın fosfor bombasından istifadə etdiyi anların videosu da yer alıb.

Rusiya müharibə başlayandan bəri Ukraynada ağ fosfordan istifadə etməkdə ittiham olunur.

NOCOMMENT.AZ