Ukrayna Rusiyanın ittihamlarına cavab verdibackend

Ukrayna Rusiyanın ittihamlarına cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Darya Duqinanın qətli ilə bağlı ittihamlarını uydurma adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında yazıb.

Podolyak qeyd edib ki, Rusiya təbliğatı uydurma dünyada yaşayır: “Ukraynalı qadın və onun 12 yaşlı uşağı təbliğatçı Darya Duqinanın avtomobilini partlatmaqda məsul “təyin edilib”. Qəribədir ki, “Estoniya vizası”nı hadisə yerində tapmayıblar. Rusiya xüsusi xidmət orqanlarında gürzələr növlərarası döyüşə başlayıblar”.

Qeyd edək ki, Rusiya FTX tanınmış ictimai-siyasi xadim, politoloq Aleksandr Duqinin qızı Darya Duqinanın qətlində Ukrayna xüsusi xidmət orqanlarını ittiham edir.