Ukrayna son dövrlərdə Rusiyaya qarşı ən böyük hücumlarından birini həyata keçirib. Ukrayna ordusu Rusiyanın Qara dəniz donanmasının Krım yarımadasındakı qərargahını qanadlı raketlərlə hədəfə alıb.
NOCOMMENT xəbər verir ki, Ukrayna ilə Rusiya arasında münaqişələr bütün intensivliyi ilə davam edir. Ukrayna ordusu Qərb ölkələrinin dəstəyi ilə başlatdığı əks-hücum əməliyyatını davam etdirərkən, Rusiyanın kritik hədəflərinə raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlarını davam etdirir.
Dünyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemlərinə malik ölkələrdən biri olan Rusiyaya qarşı Kiyev qüvvələrinin son hücumu Moskvada böyük şok və təəccüb yaradıb. Ukrayna ordusu Rusiyanın Qara dəniz donanmasının Krımın Sevastopol şəhərindəki qərargahına zərbələr endirib.