Ukraynanın verdiyi açıqlamada Rusiyanın Qara Dəniz Donanması Komandanı Viktor Sokolovun ötən həftə Krımda təşkil edilən hücumda öldürüldüyü bildirilib.
NOCOMMENT.az xəbər verir ki, Ukrayna donanma komandirinin Krım yarımadasına hücumda həlak olduğunu iddia edib. Ukrayna xüsusi təyinatlılarının verdiyi açıqlamada, Rusiyanın Qara dəniz donanmasının komandanı Viktor Sokolovun ötən həftənin cümə günü Sevastopol şəhərindəki qərargahına raket hücumu nəticəsində həlak olduğu bildirilib.
Açıqlamada komandir də daxil olmaqla 34 nəfərin öldüyü, 105 rus əsgərinin yaralandığı bildirilib. Ukrayna xüsusi təyinatlıları hücuma məruz qalan qərargahın təmir oluna bilməyəcəyini qeyd ediblər. Rusiya hələlik Ukraynanın iddiası ilə bağlı açıqlama verməsə də Rusiya Müdafiə Nazirliyi hücumdan sonra bir əsgərin itkin düşdüyünü bildirib.