Ukrayna ordusu Donetsk vilayətində Rusiyaya məxsus təyyarəni vurub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Konstantinovski şəhər hərbi idarəsinin rəisi Sergey Qorbunov bildirib.
“Qırıntılar Konstantinovski şəhərinin ətrafına düşüb, bir neçə fərdi evə ziyan dəyib. Ölən və xəsarət alan yoxdur”, – deyə o vurğulayıb.
Qeyd edək ki, vurulan təyyarənin Su-25 olduğu iddia edilir.