Ukrayna Rusiyaya məxsus Shahed PUA-larını məhv etdibackend

Ukrayna Rusiyaya məxsus Shahed PUA-larını məhv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Rusiyaya məxsus 22 “Shahed” tipli pilotsuz təyyarədən 17-ni məhv edib.

NOCOMMENT.az xəbər verir ki, “The Kyiv İndependent”in məlumatına görə, Rusiya qüvvələri həmçinin Xarkov vilayətinə beş ədəd S-300 raketi, eləcə də Sumı vilayətinə iki ədəd Kh-59 idarə olunan raket atıb.

Hərbi Hava Qüvvələri tərəfindən raket buraxılışlarının nəticəsi ilə bağlı heç bir məlumat verilməyib.

Qeyd edək ki, pilotsuz təyyarələr Kiyev, Poltava, Xmelnitski, Çerkassı, Kirovoqrad, Dnepropetrovsk, Vinnitsa, Zaporojya və Rivne vilayətləri üzərində ələ keçirilib.