Ukrayna Rusiyaya qarşı təzyiqlərin sərtləşdirilməsinə çağırdıbackend

Ukrayna Rusiyaya qarşı təzyiqlərin sərtləşdirilməsinə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas ilə görüşərək Kiyev üçün vacib olan üç əsas məsələni müzakirə edib. Bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

NOCOMMENT.az xəbər verir ki, Sibiqanın sözlərinə görə, müzakirələrin birinci mövzusu sülh səyləri və ABŞ ilə Aİ-nin iştirakı ilə bu prosesin necə sürətləndirilə biləcəyi olub. İkinci əsas məsələ isə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, xüsusilə 20-ci sanksiya paketinin qəbul edilməsi ilə bağlı olub.

Nazir bildirib ki, söhbət əsasən güclü 20-ci paketinin tez bir zamanda qəbulundan, Rusiyanın “kölgə donanması” üçün dəniz daşımalarına qadağa qoyulmasından və Ukraynaya qarşı təcavüzdə iştirak edən şəxslərin ölkəyə girişinin yasaqlanmasından gedir.

Üçüncü mövzu isə Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı olub. Sibiqa bunu həm Ukrayna, həm də bütün Avropa üçün əsas təhlükəsizlik təminatlarından biri kimi qiymətləndirib.

Nazir vurğulayıb ki, Kiyev üzvlüklə bağlı bütün zəruri işləri mümkün qədər tez başa çatdırmağa hazırdır.