Ukrayna səfiri “Mirage” təyyarələrinin təhvil verilməsi barədə şayiələri təkzib edibbackend

Ukrayna səfiri “Mirage” təyyarələrinin təhvil verilməsi barədə şayiələri təkzib edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko Fransanın “Mirage 2000D” qırıcılarının Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi ilə bağlı şayiələrə inanmamağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Le Point nəşri məlumat yayıb.

“Müzakirələr hələ də davam edir və bütün variantlar nəzərdən keçirilir. Xahiş edirəm şayiələrə inanmayın, çünki nəsə edilirsə, sükutla edilir”, – deyə diplomat bildirib.

Omelçenko dəqiqləşdirib ki, hazırda söhbət ancaq ukraynalı qırıcı pilotların hazırlanmasından gedir.