Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində “Bioximtex”in müəssisələrini atəşə tutdubackend

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində “Bioximtex”in müəssisələrini atəşə tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna hərbçiləri Belqorod vilayətinin Şebekino şəhərindəki “Bioximtex” müəssisəsini “Qrad” reaktiv yaylım atəşi sistemi ilə atəşə tutublar. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.

“Ukraynanın Belqorod Şebekinodakı Bioximtex müəssisəsini atəşə tutması nəticəsində iki nəfər yaralanıb. Əldə etdiyimiz məlumata görə, yaralıların vəziyyəti ağırdır”, – deyə məlumatda bildirilir.

Dəqiqləşdirilir ki, atəş açılan zaman bir kişi və bir qadın avtomobillə işdən evə qayıdırmış. Zərərçəkənlər hazırda xəstəxanadadırlar.

Həmçinin qeyd edilir ki, bu gün üçüncü dəfədir ki, şəhər Ukrayna ordusu tərəfindən hücuma məruz qalır.