Ukrayna Silahlı Qüvvələri (AFU) Belqorod vilayətinin Vyazovoe kəndini atəşə tutub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında danışıb.
“Krasnoyaruzski rayonunun Vyazovoe kəndi Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Ölən və yaralananlar olmayıb. Ərazinin qapı-qapı yoxlaması davam edir”, – deyə Qladkov bildirib.
Rayonun daha bir kəndi, Qrayvoronski rayonundakı Mokraya Orlovka bir gün əvvəl kamikadze pilotsuz uçan aparatla hücuma məruz qalıb. Pilotsuz təyyarə partlayıcı qurğunu yerə atıb, nəticədə bir mülki şəxs qəlpə yaraları alıb.