Ukrayna silahlı qüvvələri Kursk vilayətini atəşə tutubbackend

Ukrayna silahlı qüvvələri Kursk vilayətini atəşə tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Sudjanski rayonunu atəşə tutub.

NOCOMMENT.az xəbər verir ki, region administrasiyasının rəhbəri Roman Starovoyt hücumun nəticələri barədə özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, bu ərazinin atəşə tutulması nəticəsində elektrik xətti zədələnib. Bu səbəbdən Quevo kəndinin enerji təchizatı qismən pozulub.

Rayon rəhbəri dəqiqləşdirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, qəsəbə qismən işıqsız qalıb.