NOCOMMENT.az xəbər verir ki, Amerika döyüş sursatlarının tədarükünün kəskin azalması səbəbindən Ukrayna qoşunları döyüş meydanında mövqelərini itirə bilər. Bu barədə adı açıqlanmayan ukraynalı məmur ABC televiziyasına bildirib.
“Bizim böyük problemlərimiz var (…) əsas sursatlar gəlmir”,- deyə o bildirib.
Mənbənin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri “çox yüksək qiymət” ödəməklə, döyüş meydanında mövqelərini itirmək riski ilə üzləşir.
Rəsmi bildirib ki, Qəzza zolağında İsrail və HƏMAS arasında müharibə başlayandan bəri ABŞ-dan artilleriya mərmilərinin tədarükü 30%-dən çox azalıb.