Ukrayna tərəfi Medvedçukun mümkün mübadiləsinin təfərrüatlarını açıqlayıbbackend

Ukrayna tərəfi Medvedçukun mümkün mübadiləsinin təfərrüatlarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılan xalq deputatı, Ukraynanın Həyat Uğrunda – Müxalifət Platformu Partiyası Siyasi Şurasının sədri Viktor Medvedçukun mübadiləsi üçüncü tərəfin vasitəçiliyi ilə baş tutacaq.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov məlumat verib.

Danilov qeyd edib ki, Ukrayna razılaşmalara əməl etməyən Rusiya ilə qarşı-qarşıya olduğunu bilir, ona görə də vasitəçilər olmalıdır.

“Biz kiminlə qarşı-qarşıya olduğumuzun fərqindəyik, heç bir etibar yoxdur. Əgər bu baş verərsə (söhbət mübadilədən gedir), o zaman bu, ola bilsin ki, üçüncü tərəfin vasitəçiliyi ilə baş verəcək. Beləliklə, biz aydın başa düşək ki, hər kəs öz üzərinə götürdüyü razılaşmaları yerinə yetirir”.