Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) Pokrovskda gedən döyüşlərin görüntülərini nümayiş etdirib.
NOCOMMENT.az bu barəıdə Ukrayna KİV-nə istinadən xəbər verir.
“Videoda helikopterin enişi, dronların köməyi ilə işğalçıların məhv edilməsi, tankların atəşə tutulması və digər təfərrüatlar əks olunub. Komanda məntəqəsindən də görüntülər nümayiş etdirilib”, – deyə tanınmış jurnalist Dmitri Qordon öz telegram kanalında yazıb.
Xatirə SADİQ









