Ukrayna tezliklə NATO-ya daxil olmağa çalışırbackend

Ukrayna tezliklə NATO-ya daxil olmağa çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kiyev bu ilki hərbi planları haqqında məlumat verməyəcək”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal estoniyalı həmkarı Kaya Kallas ilə birgə mətbuat konfransı zamanı açıqlama verib.

O bunu Rusiya qüvvələrininin döyüş meydanında xəbərdar olmamaq üçün atılan addım kimi qiymətləndirib:

“Biz NATO-ya daxil olmaq üçün tapşırıqlarımızı yerinə yetirməyə çalışırıq. NATO standartlarına uyğun islahatlar həyata keçiririk. Ordumuz hazırda NATO standartlarına uyğun silah və texnika ilə döyüşür. Əsgərlərimiz gündəlik təcrübədə məhz bu standartlarından istifadə edirlər. Biz Vaşinqton sammitində NATO-ya dəvət alacağımıza inanırıq. Keçən il ruslar bizim planlarımızı bilirdilər çünki biz bu əks-hücum haqqında məsələləri çox açıq şəkildə müzakirə edirdik”.

Ukraynanın müvafiq strateji planların olduğunu deyən baş nazir orduda silah- sursat çatışmazlığına da toxunub..