Kiyev ümid edir ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı vəziyyət Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında martın 18-də keçiriləcək danışıqlardan sonra aydınlaşacaq.
NOCOMMENT.az Reuters-ə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa deyib.
“Ukrayna Trampla rusiyalı həmkarı Vladimir Putin arasında çərşənbə axşamı gözlənilən söhbətdən sonra sülh prosesi ilə bağlı aydınlıq gözləyir”, – diplomat bildirib.