Ukrayna üçün 180 min MƏRMİ…backend

Ukrayna üçün 180 min MƏRMİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya prezidenti Petr Pavel iyunda Ukraynaya artilleriya üçün 180 min mərmi verilə biləcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyanın Tagesschau xəbər portalı məlumat yayıb.

Pavelin sözlərinə görə, tezliklə Kiyevin malik olduğu resursların tükənəcəyi an gələcək. Ona görə də Qərb bütün gücü ilə Ukraynaya dəstək verməlidir. Buna görə də Çexiya Qərb ölkələrinin vəsaiti ilə Kiyev üçün çoxlu sayda artilleriya mərmisi almaq təklifi irəli sürüb.

Pavel ölkənin baş naziri Petr Fiala istinadən iyunda Ukraynaya 180 min artilleriya mərmisinin gələcəyini təklif edib. Çexiya Prezidenti qeyd edib ki, Kiyev üçün mərmilərin yeni partiyaları üçün artıq müqavilələr bağlanıb.