Ukrayna üçün yeni hərbi yardımbackend

Ukrayna üçün yeni hərbi yardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökuməti Ukraynaya 250 milyon dollarlıq yeni hərbi yardım paketi açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Paketə HIMARS reaktiv yaylım atəş sistemləri üçün mərmilər, hava hücumundan müdafiə sistemləri üçün AIM-9M raketləri, 155 və 105 millimetrlik artilleriya sursatları daxildir.

Hərbi yardım paketinə həmçinin aşağıdakılar əlavə edilib:

minatəmizləmə vasitələri;

tank əleyhinə raket sistemləri;

3 milyondan çox patron;

təcili yardım maşınları;

əvvəllər verilmiş avadanlıqların saxlanması üçün ehtiyat hissələri.