Ukrayna üzrə konfrans iştirakçılarının sayı artırbackend

Ukrayna üzrə konfrans iştirakçılarının sayı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfrans iştirakçılarının siyahısı artır. Polşa, Finlandiya və Litva prezidentləri, eləcə də İspaniya və Belçikanın Baş nazirləri tədbirdə iştirak edəcəklərini bildiriblər.

NOCOMMENT.az xəbər verir ki, məlumatı İsveçrə mediası yayıb. Xatırladaq ki, Ukrayna üzrə konfrans 2024-cü il iyunun 15-16-da Lüsern şəhəri üzərində Nidvalden kantonundakı Bürqenştok dağında keçiriləcək.

İsveçrə hökuməti bəyan edib ki, konfransa G7, G20, BRICS qrupu, bütün qitələrdən bir çox ölkənin nümayəndələri, eləcə də Avropa İttifaqı, BMT, ATƏT və Avropa Şurası elçisi və iki ruhani və din xadimlərinin nümayəndəsi də daxil olmaqla 160-dan çox iştirakçı dəvət edilib.