Ukrayna və Böyük Britaniya Rusiya ilə mübarizə və Kiyevin Qara dəniz üzərində nəzarətini bərqərar etmək məqsədi daşıyan on illik təhlükəsizlik sazişi imzalamağa hazırdır.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
“Anlaşma Memorandumu” adlanan sənəddə Britaniyanın Rusiyaya qarşı mübarizədə Ukraynanı dəstəkləmək öhdəliyi var. Krallığın hakimiyyəti Kiyevə maliyyə yardımı və dəniz ekspertizası ilə təmin olunacağını vəd edib.
Nəşrin müəllifləri hesab edirlər ki, London cəbhənin bu sektorunda Ukrayna Hərbi Dəniz Qüvvələrinin uğurlarına görə diqqəti Qara dənizə yönəltmək qərarına gəlib. Britaniya Kral Donanması artıq dərin dəniz mina sahələrinə qarşı mübarizə aparmaq üçün ukraynalı istehkamçıların təliminə başlayıb.