“Ukrayna, İsrail və ABŞ-ın digər müttəfiqlərinə yardım haqqında qanun layihəsi ölkənin milli maraqlarına uyğundur. Ona görə də Nümayəndələr Palatası da onu təsdiqləməlidir”.
NOCOMMENT.az xəbər verir ki, Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts belə deyib.
Bildirib ki, Nümayəndələr Palatası ABŞ və NATO-nun milli təhlükəsizliyinin yanında olmalıdır. Beyts iddia edib ki, qanun layihəsi “Amerika xalqının ən aktual ehtiyaclarının bir çoxunu” əhatə edir.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Senatın təsdiq etdiyi 95 milyard dollarlıq əlavə müdafiə xərclərini özündə ehtiva edən qanun layihəsini alqışlayıb.
Nümayəndələr Palatasını da onu təsdiqləməyə çağırıb. Qanunda Ukrayna üçün təxminən 60 milyard, İsrail üçün isə 14 milyard dollar göstərilib. Lakin ABŞ-ın cənub sərhədinin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı bəndlər yoxdur.