Ukrayna və Moldovanın Aİ-yə qoşulması ilə bağlı danışıqlar uzana bilərbackend

Ukrayna və Moldovanın Aİ-yə qoşulması ilə bağlı danışıqlar uzana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı danışıqlar bir neçə ay uzana bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” yazıb.

Martın 12-də Avropa Komissiyası (AK) Bosniya və Herseqovinanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlandığını elan edib. Eyni zamanda, Ukrayna və Moldova Avropa İttifaqına üzv olmaq üçün “daha ​​bir addım atmalı” olacaqlar.

Nəşrin Avropa İttifaqındakı həmsöhbətləri qeyd edirlər ki, bu ilin iyununda keçiriləcək Avropa seçkilərinə qədər danışıqlarla bağlı razılığın əldə olunması ehtimalı azdır.

Ukrayna baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina bildirib ki, Kiyev Aİ-yə üzvlük üçün danışıqlar çərçivəsinin təmin edilməsi ilə bağlı Avropa Komissiyasının dörd tövsiyəsinin icrasını başa çatdırıb. Onun sözlərinə görə, AK martın 12-dən 14-dək qərar verəcək. AK Ukraynanın əlavə meyarları yerinə yetirməsi ilə bağlı hesabatı təsdiq etməli və Kiyevə üzv dövlətlərin təsdiqləməsi üçün danışıqlar çərçivəsi təqdim edib-etməmək barədə qərar verməlidir.