Ukrayna və Özbəkistan arasında böyük QALMAQALbackend

Ukrayna və Özbəkistan arasında böyük QALMAQAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Özbəkistandakı səfiri Nikolay Doroşenko bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Özbəkistan XİN məlumat yayıb.

Məlumata görə, səfirə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiyaya ikili təyinatlı məhsulların tədarükü ilə bağlı bəyanatına görə etiraz bildirilib.

Ukrayna tərəfindən Özbəkistanla bağlı KİV-də yalan məlumatların yayılmasının yolverilməzliyi vurğulanıb. Doroşenko əmin edib ki, Özbəkistan tərəfinin narahatlığı operativ şəkildə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərliyinin diqqətinə çatdırılacaq.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Vadim Skibitski “La Repubblica” nəşrinə müsahibəsində bildirib ki, Qazaxıstan və Özbəkistan Rusiyaya Qərb sanksiyalarından yayınmağa kömək edir. Onun sözlərinə görə, Astana və Daşkənd Moskvanı raketlərin yaradılması üçün zəruri olan Amerika və Yaponiya istehsalı komponentlərlə təchiz edir.

modern.az