Polşa Ukrayna prezidenti Volodimir Zelenskinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxışı zamanı Avropa İttifaqına (Aİ) taxıl daşınmasına qoyulan embarqo ilə bağlı sözlərinə etiraz etmək üçün Ukraynanın Varşavadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
NOCOMMENT.az xəbər verir ki, nazirliyin saytında yer alan açıqlamaya görə xarici işlər nazirinin müavini Pavel Yablonski Zelenskinin Ukraynaya taxıl daşınmasının əngəllənməsi ilə bağlı sözləri ilə Xarici İşlər Nazirliyinə çağırılan Ukrayna səfiri Vasil Zvariçə kəskin etirazını çatdırıb.“Çoxtərəfli forumlarda Polşaya təzyiq etmək və ya beynəlxalq məhkəmələrə şikayət vermək iki ölkə arasında mübahisələrin həlli üçün uyğun üsul deyil”.
Bəyanatda Polşa hökumətinin atdığı addımların polşalı fermerlərin maraqlarını qorumaq məqsədi daşıdığı, milli qanunlara, Aİ qanunlarına və beynəlxalq hüquqa uyğun olduğu və bu hərəkətlərin Polşaya qarşı təsirli olmayacağı qeyd edilib.