Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Hindistana işgüzar səfər edəcəkbackend

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Hindistana işgüzar səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba martın sonunda Hindistana işgüzar səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Teleqram kanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Kulebanın Hindistana səfəri barədə məlumat Hindistanın milli təhlükəsizlik üzrə müşaviri Adjit Dovalın Prezident Aparatının rəhbəri Andrey Yermakla telefon danışığından bir neçə gün sonra ortaya çıxıb.

Nəşrin müəllifləri vurğulayırlar ki, Kulebanın səfəri diqqətlə izləniləcək, çünki bu, Ukrayna ilə Rusiya arasında münaqişə başlayandan bəri yüksək rütbəli bir ukraynalı rəsminin Hindistana ilk səfəri olacaq.