Ukrayna Rusiya prezidenti Vladimir Putinin səfərinə görə Monqolustanı cəzalandırmaq üçün “tərəfdaşlarla işləyəcəyinə” söz verib.
NOCOMMENT.az xəbər verir ki, bu xəbərdarlığı “X”-də Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgiy Tixiy dərc edib.
Diplomatın sözlərinə görə, Monqolustan “cinayətlərə görə məsuliyyəti bölüşür”.
“Biz Ulan-Bator üçün nəticələrin olmasını təmin etmək üçün tərəfdaşlarla işləyəcəyik”, – deyə o vurğulayıb.