Hazırda Rusiya ilə münaqişənin həlli üzrə üçüncü danışıqlar raunduna hazırlıqdan danışmaq hələ tezdir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya və Ukrayna arasında əsirlərin dəyişdirilməsi üzrə çətin və çoxmərhələli proses gedir.
“Ümid edirik ki, bu mərhələlər bir neçə gün davam edəcək. Həm həlak olmuş əsgərlərin – bizim və rus tərəfinin – cəsədlərinin dəyişdirilməsi kimi mürəkkəb humanitar məsələlər də tədricən irəliləyir,” — deyə Tixiy vurğulayıb.
O, həmçinin əlavə edib ki, eyni zamanda Ukrayna tərəfi tərəfdaş ölkələri Rusiyaya qarşı təzyiqləri artırmağa və “heç nə gözləməməyə” çağırır.