Rusiya Putinin iqamətgahına guya hücum edilməsi barədə uydurma məlumatı sülh danışıqlarından yayınmaq məqsədilə yayır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georqi Tixiy “X”də bildirib.
Onun sözlərinə görə, son dövrlərdə Ukrayna və ABŞ-ın fəal fəaliyyəti nəticəsində sülhə aparan yollar üzrə səylər sürətlənib və məhz buna görə Rusiya danışıqlardan imtina etmək üçün saxta bəhanə yaradıb.
“Ruslar iqamətgaha hücumla bağlı bu mistifikasiyanı məhz bu səbəbdən uydurdular. Onların məqsədi sülh təşəbbüslərindən imtina etmək üçün saxta və olduqca səhlənkar əsas yaratmaq idi”, — Tixiy vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına Ukraynanın PUA hücumu cəhdi terror aktıdır.













